"Space", "Xəzər" televiziyalarının, ANS ÇM, Jazz FM, Anten FM, Araz FM radiolarının proqram üzrə məsul şəxsləri dekabrın 7-də Milli Televiziya və Radio Şurasına çağırılıb.
MTRŞ-dan VİZUAL.az-aməlumata görə, televiziya və radioların nümayəndələrinə dekabrın 6-da Azərbaycanda matəm günü olmasına baxmayaraq efirə reklam verdiklərinə görə irad tutulub, müvafiq tövsiyələr verilib.
Qurumdan bildirilib ki, "Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə baş verən qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə Azərbaycan Prezidentinin sərəncamı ilə dekabrın 6-ı ölkə ərazisində matəm günü elan edilib: "Matəm günündə "Space" TV, "Xəzər" TV, ANS ÇM, Jazz FM, Anten FM, Araz FM tərəfindən "Reklam haqqında" qanununun 20.8-ci maddəsinin tələbləri pozulub, yayımçılar tərəfindən reklam blokları yayımlanıb".
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?