Ter-Petrosyan: Paşinyan hakimiyyəti saxlamağa, Koçaryan və Sarkisyan ələ keçirməyə çalışırlar

Ter-Petrosyan: Paşinyan hakimiyyəti saxlamağa, Koçaryan və Sarkisyan ələ keçirməyə çalışırlar

"Paşinyan rejimi hər vəchlə hakimiyyətini qoruyub saxlamağa çalışır", - bu fikri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan rəhbərlik etdiyi Erməni Milli Konqres Partiyasının mətbu orqanı hesab edilən "iLur" internet nəşrin Ermənistanda daxili siyasi vəziyyətə dair sualına cavabında deyib.

Məsələ ilə bağlı Ter-Petrosyan bir neçə məqamı vurğulayıb:

1. Paşinyan rejimi vasitələrin fərqinə varmadan, nəyin bahasına olursa olsun hakimiyyətdə qalmağa çalışır.

2. Koçaryan və Sarkisyan tərəfindən idarə olunan müxalifət də, daxili ziddiyyətlərə baxmayaraq, hər vəchlə hakimiyyəti ələ keçirməyə çalışır.

3. Hər üç düşərgədə tamamilə dövlət maraqlarının dərk edilməməsi müşahidə olunur, və millətimizi təhdid edən yeni fəlakətlərin qaçılmaz nəticəsi budur.

4. Çıxış yollarının axtarışı sırf münaqişə tərəfləri və ziyalıların vəzifəsidir.

5. Cəmiyyətin qalan təbəqələrinin hazırda vəziyyətə təsir etmək vasitələri yoxdur. Siyasi və informasiya "səhnələrinin fəal aktyorların əksəriyyəti" tamamilə sözügedən üç düşərgənin maraqlarına xidmət edir.

Ermənistan prezidenti Levon Ter-Petrosyanın şərhi ilə bağlı Ermənistan rəsmi qurumları tərəfindən hələ ki münasibət bildirilməyib.

Paşinyan dəmir yolunun bərpası üzrə işçi qrupu yaradıb

Ermənistan Baş naziri Nikol Paşinyan Yerasxdan (Arazdəyən) Naxçıvan istiqamətində Azərbaycan sərhədinə qədər və Meğri sahələrində dəmir yolunun bərpası üzrə işçi qrupun formalaşdırılması barədə qərar qəbul edib, Ermənistan mediası xəbər verib.

Baş nazirin imzaladığı qərarın mətninə əsasən, işçi qrupunun yaradılmasında məqsəd Ermənistanda dəmir yolunun göstərilən sahələrinin "bərpası üzrə işlərin səmərəli həyata keçirilməsidir."

Baş nazir işçi qrupunun başçısına görülmüş işlər barədə hər 3 aydan bir məlumat verməyi tapşırıb.

Qrupun rəhbəri Baş nazirin müşaviri Artaşes Tumanyan təyin edilib. Onun tərkibinə 10 nəfər daxildir.

Bundan əvvəl Ermənistanın Baş naziri Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun Meğri hissəsinin tikintisi ilə bağlı hazırlıq işlərinə başlanıldığını bəyan edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az