Terror təşkilatının daha 3 lideri məhv edildi

Terror təşkilatının daha 3 lideri məhv edildi
İŞİD terror təşkilatına qarşı yaradılmış və ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin apardığı hərbi əməliyyatlar nəticəsində terror təşkilatının 3 lideri öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə koalisiya qüvvələrinin sözçüsü Rayn Dillon açıqlama verib.
Açıqlamada terrorçuların İraq və Suriyada edilən hava hücumları nəticəsində məhv edildiyi bildirilib.
Öldürülən terrorçu liderlərin təşkilatın xarici əməliyyatlarından və bombaların hazırlanmasından cavabdeh olduqları təsbit edilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az