Tərtərdə evdən oğurluq etmiş yeniyetmə tutuldu

Tərtərdə evdən oğurluq etmiş yeniyetmə tutuldu

Tərtər rayonunda həmkəndlisinin evindən pul oğurlayan yeniyetmə saxlanılıb.

Tərtər rayon Polis şöbəsinin İstintaq bölməsinin rəisi Elvin Kərimovun "Report"a verdiyi məlumata görə, rayonun Bayandur kənd sakini Novruz Həsənov Polis şöbəsinə evindən 385 manat pulun oğurlanması ilə bağlı müraciət edib.

Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, oğurluğu elə kişinin 17 yaşlı həmkəndlisi Muradlı Cahandar Vəfadar oğlu törədib.

Saxlanılan şəxs əməlini etiraf edib və hadisəni günorta saatlarında, evdə heç kim olmayan zaman törətdiyini bildirib. O, sandıqdan götürdüyü pulun bir hissəsini xərclədiyini, qalanını isə yaşadığı evdə gizlətdiyini, sonda isə polisə təhvil verdiyini deyib.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az