Təxribat təkrarlanarsa, cavab daha da sərt olacaq...

Təxribat təkrarlanarsa, cavab daha da sərt olacaq...

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsinə səfəri zamanı Azərbaycan Televiziyasına müsahibə verdi.

Miq.Az Trend-ə istinadən bildirir ki, ölkə başçısı müsahibə zamanı bir sıra vacib məqamlara toxundu. Ermənistanla və regionla bağlı son vəziyyət barədə Prezident İlham Əliyevin açıqlamaları xüsusilə fərqlənirdi.

Prezident İlham Əliyev qarşı tərəfə daha sərt və konkret formada fikirlərini çatdırdı. Bu açıqlamalar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair aparılan danışıqların məzmununun bəzi detallarını ortaya qoyur.

Azərbaycandan fərqli olaraq Ermənistan hakimiyyəti 10 Noyabr Bəyanatına uyğun üzərinə götürdüyü öhdəlikləri erməni cəmiyyətindən gizlədir və ödəlikləri təhrif edərək öz cəmiyyətini sakitləşdirməyə çalışır.

Yeni reallıqları qəbul etsinlər...

Ermənistan hakimiyyəti yeni reallıqları qəbul etmək məcburiyyətindədir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, görünən odur ki, Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilər üzərində olan təsirlərini itirir. Artıq Qarabağda yaşayan ermənilər bəzi hallarda çətin vəziyyətdə Azərbaycana üz tuturlar, müraciət edirlər.

Ermənistan artıq Qarabağ mövzusunu danışıqlar predmetinə gətirmir, üzdə olan bəyanatlar isə sadəcə erməni cəmiyyətini illüziyaların içərisinə qərq etmək məqsədləri daşıyır.

Oxşar təxribat təkrarlanarsa, cavab daha da sərt olacaq...

"Qisas" antiterror əməliyyatından sonra Ermənistan növbəti dəfə Azərbaycanın diqtə etdiyi şərtlər qarşısında boyun əymək məcburiyyətində qaldı. Azərbaycan tərəfi bu əməliyyatla həm Ermənistana, həm də onun havadarlarına "Dəmir yumurğ"un yerində olduğunu növbəti dəfə göstərdi.

Laçın dəhlizinə alternativ marşrutun inşasının yekunlaşması ərəfəsində ermənilərin Laçın şəhərini, Zabux və Sus kəndlərini boşaltmaq üçün Azərbaycan dövlətindən vaxt istəməsi də artıq Ermənistan hakimiyyətinə inamın azaldığının sübutlarından biridir. Azərbaycan dövləti isə, Prezident İlham Əliyevin vurğuladığı kimi hər zaman humanizm prinsiplərinə sadiq qalır. Qarabağda "nüfuz" sahibi olan ermənilər də Azərbaycan dövləti ilə təmasdadırlar.

Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi...

Prezident İlham Əliyev Qarabağda yaşayan ermənilərə açıq şəkildə bildirdi ki, status və ayrıca müstəqillikdən söhbət gedə bilməz. Onsuz da Ermənistan hakimiyyəti də danışıqlar zamanı Qarabağın müstəqiliyi ilə bağlı heç bir müzakirə aparmır. Status və müstəqillik bir qrup revanşist və pobulist qüvvələrin erməniləri aldadaraq onların dəstəyini qazanmaq cəhdidir.

Qarabağda yaşayan ermənilər sülh şəraitində yaşamaq istəyirlərsə, Azərbaycan qanunlarına tabe olmalıdırlar və onların Azərbaycan vətəndaşlarından üstün heç bir hüquqları olmayacaq.

Prezident İlham Əliyevin ortaya qoyduğu açıq mövqey onu göstərir ki, Azərbaycan yeni mərhələyə keçib. Azərbaycanın haqq işini yalançı vədlərlə, müxtəlif manevrlərlə yuvatmaq mümkün deyil. Azərbaycan dövləti qəti addımlarla öz planlarına doğru inamla irəliləyir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az