Tramp: "Heç bir ABŞ prezidenti mənim qədər Rusiyaya qarşı sərt olmayıb"

Tramp:
Heç bir ABŞ prezidenti mənim qədər Rusiyaya qarşı sərt olmayıb.

Miq.az Trend-ə istinadən xəbər verir ki, bu fikri ABŞ prezidenti Donald Tramp yerli telekanllardan birinə müsahibə verərkən səsləndirib.
Amerikalı lider bildirib: "Mən Rusiyaya istənilən ABŞ prezidentindən daha sərt yanaşmışam. Rusiyaya qarşı sanksiyalar, diplomatların ölkədən göndərilməsini xatırlayın. Bu qədərini heç kəs etməmişdi".

Daha sonra D.Tramp qeyd edib: "Prezident Putin və Rusiya ilə münasibətləri yaxsılaşdırmaq müsbət bir şey olacaq. Əgər alınmasa, mən onun ən zalım düşməni olacam".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az