Trampın bombardman əmri rublu sürətlə ucuzlaşdırır

Trampın bombardman əmri rublu sürətlə ucuzlaşdırır

ABŞ-ın Suriyaya həyata keçirdiyi hava hücumları nəticəsində artan geosiyasi narahatlıqlar səbəbindən Rusiya Birjasındakı itkilər davam edir.
"Marja” xəbər verir ki, Moskva Birjası İndeksi (MICEX) 2,1 faiz dəyər itirərək 2013 bəndə, RTS indeksi faiz 2,9%-lik azalma ilə 1114 bəndə enib.

Rusiya rublu da Suriyada baş verən hadisələr səbəbindən neft qiymətlərindəki artıma baxmayaraq dəyər itirib. Dollar/Rubl məzənnəsi qarşısında 57,20 rubl, Avro/Rubl məzənnəsi isə 60,5 0səviyyəsinə qalxıb. Dollar/Rubl məzənnəsi Aprelin 5-də 55,84 rubl səviyyəsinə qədər düşmüşdü. Bu gün Rubl Dollar qarşısında 1,5%-ə yaxın dəyərdən düşüb.

Analitiklər, ABŞ və Rusiya arasındakı münasibətlərin pisləşməsi ehtimalı qarşısında Rusiya Birjası və rublda itkilərin davam edəcəyini gözləyirlər.
Rusiya Prezidenti Vladimir Putin bu gün etdiyi açıqlamada, Suriyaya hücumun ABŞ və Rusiya münasibətlərinə ciddi zərər verdiyini söyləyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az