Türkiyə və İraq müharibə edə bilər - İngilis qəzeti
İraq və Türkiyə arasında müharibə başlaya bilər.
Türkiyə mətbuatı xəbər verir ki, bu barədə İngiltərənin Independent qəzeti məqalə dərc edib.
Qəzet yazır ki, hələ ölkələr arasında «söz müharibəsi» gedir. Yaxın şərq müxbiri Partrick Cockburnun qələmə aldığı məqalədə İŞİD Mosuldan çıxarıldıqdan sonra oranı kimin idarə edəcəyi sualına cavab tapılmağa çalışılır.
«Türkiyə öz bölgəsində sünni ərəblərin müdafiəçisi kimi görünür. Bundan başqa Ankara PKK-nın Sincar dağında yaşayan yezidi kürdlərin üzərində nəzarət etdiyinə görə çox narahatdır. Haşdi Şabinin Telafer şəhərində hücumu isə vəziyyəti tamamilə dəyişir. Hazırda siyasi şərçilər Türkiyənin Mosula hərbi müdaxiləsi ehtimalını az qiymətləndirirlər. Amma Haşdi Şabi Telafer şəhərin daxil olarsa, vəziyyət tamamilə dəyişə bilər»./Missiya.az/
Miq.az