Türkiyədə “anam-bacım” deyib boşanacaqlar

Türkiyədə “anam-bacım” deyib boşanacaqlar
Türkiyədə ailə başçısı öz arvadını bacı və ya ana adlandırmaqla, ondan boşana biləcək.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə Türkiyənin dini məsələlər üzrə idarəsinin (dəyanət) yaydığı fitvada bildirilir.
"Lakin bu, ər-arvadın ilk boşanmasıdırsa, yenidən kəbin kəsdirə bilərlər”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Türkiyənin dini məsələlər üzrə idarəsinin bir müddət öncə verdiyi kəbinin pozulması haqqında fitvaya görə, ar-ərvad telefonla, faksla və ya elektron məktubla boşana bilərlər. Bunun üçün kişi üç dəfə "boşayıram” (talaq - şəriətə görə boşanma) deməlidir.
Lakin qadın ismarıcın əri tərəfindən yollandığından əmin olmalıdır
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az