Türkiyədə rektor saxlanıldı

Türkiyədə rektor saxlanıldı
Türkiyənin Uşak vilayətində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan əməliyyat zamanı xeyli sayda şəxs həbs olunub.

BakiPost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həbs olunanlar arasında Uşak Universitetinin rektoru Sait Çelik də var.
 
Rektorla yanaşı vilayətin tanınmış 8 nəfəri də saxlanılıb. Polis tərəfindən axtarışda olan bir neçə nəfər isə hələ də saxlanıla bilməyib.
 
Həbs olunanlar Uşak xəstəxanasında tibbi müayinədən keçirilib. Daha sonra onlar polis bölmələrinə aparılıb.

Qeyd edək ki, Türkiyənin hər bir vilayətində FETÖ-yə qarşı əməliyyatlar aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az