Türkiyədə yeni terror aktları törədilə bilər - Xəbərdarlıq

Türkiyədə yeni terror aktları törədilə bilər - Xəbərdarlıq
Böyük Britaniya Xarici İşlər Nazirliyi Türkiyəyə yollanmaq niyyətində təbəələrinə bu ölkədə yeni terror aktlarının baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Miq.az virtualaz.org-a istinadən bildirir ki, Britaniya XİN turistlər üçün tövsiyədə bildirib: "Türkiyənin aviasiya sahəsi obyektlərində yüksək terror təhlükəsi mövcuddur".

İdarədən bildirildiyinə görə, Türkiyə hüquq-mühafizə orqanlarının terror aktlarının qarşısının alınması istiqamətində həyata keçirdikləri uğurlu əməliyyatlara baxmayaraq, "növbəti pərakəndə hücumlar mümkündür".

Mənbə qeyd edib ki, hücumlar Qərb ölkələrinin maraqlarına və turistlərə yönəldilə bilər. Terror təhlükəsinin xüsusilə iri şəhərlərdə çox olduğu əlavə edilir. 
 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az