Türkiyəyə raket atışları: Cavaba hazırıq... - Gülər

Türkiyəyə raket atışları: Cavaba hazırıq... - Gülər
Türkiyə Yaxın Şərqdə sabitliyin bərpasına töhfə verməyə hazırdır.

Miq.az Azərtac-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər İtaliyanın "Il Messaggero” nəşrinə müsahibəsində bildirib.

İran ətrafındakı gərginliyə münasibət bildirən Gülər atəşkəsin dərhal təmin edilməsinin zəruri olduğunu deyib:

"Bölgəmizdəki gərginliyin daha böyük qarşıdurmaya çevrilməsinin qarşısını almağın yeganə yolu dialoqdur. Mövcud şəraitdən asılı olmayaraq, biz inanırıq ki, hələ də diplomatiya üçün yer var və tərəflər arasındakı fikir ayrılıqları dialoq yolu ilə həll edilə bilər. Biz bu prosesə töhfə verməyə hazırıq".

Gülərin sözlərinə görə, heç bir regional böhran uzunmüddətli əsasda hərbi yolla həll edilə bilməz.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az