Ukrayna ordusundan Xersonda gözlənilməz həmlə - İrəliləməyə başladı

Ukrayna ordusundan Xersonda gözlənilməz həmlə - İrəliləməyə başladı

Ukrayna müdafiə qüvvələri Xersonda əlverişli mövqe tutan Rusiya qoşunlarını sıxışdırmağa başlayıb. Ukrayna qüvvələri ehtiyatlı və addım-addım irəliləyir.

Miq.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Aleksandr Musiyenko məlumat verib.

Onun sözlərinə görə, Rusiya qoşunları müqavimət göstərməyə çalışırlar, amma Ukrayna ordusu inamla irəliləyir. Gələcəkdə azad edilmiş mövqelər daha geniş əks-hücum üçün tramplin ola bilər.

Musiyenko qeyd edib ki, Rusiya ordusu müdafiə xətləri təchiz edib, əraziləri intensiv şəkildə minalayır, Krımdan çoxlu sayda rekativ artilleriya ("Uraqan”, "Smerç”) gətirir, bu da ərazilərin azad edilməsini xeyli çətinləşdirir.

Ekspert bildirib ki, hazırda ən vacib vəzifələrdən biri çox risk almadan tədricən irəliləməklə Ukrayna hərbçilərinin mümkün qədər çox həyatını xilas etməkdir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az