“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Unibank” ASC-nin uzunmüddətli reytinqini “B - ” səviyyəsindən “B”-yə qədər yüksəldib. “Vətəninfo.az”a bankdan verilən məlumat da deyilir ki, agentlik reytinq üzrə proqnozunu isə “sabit” kimi təsdiqləyib. Bu zaman emitentin defoltu üzrə qısamüddətli reytinq agentlik tərəfindən “B” səviyyəsində təsdiq edilib, dəstəkləmə reytinqi “5” kimi göstərilib, dayanaqlıq reytinqi “b - ” səviyyəsindən “b”-yə qədər artırılıb.“Fitch” mütəxəssislərinin fikrincə, yeni reytinqlər “Unibank”-da qlobal maliyyə böhranından sonrakı dövrdə qeydə alınan kredit portfelin artımını, habelə baş tuta biləcək hər hansı bir zərərlərin ödənilməsi qabiliyyətini və müqayisə olunan digər banklardan fərqli sürətdə yüksələn gəlirliyini əks etdirir. Qeyd edək ki,sonuncu dəfə “Fitch Ratings” agentliyi “Unibank” reytinqləri barəsində 2011-ci ilin aprel ayında hesabat dərc etmişdir. O zaman agentlik Bank reytinqinin yeni pilləyə qalxmasını məhz maliyyə göstəricilərin, ilk növbədə aktivlərin, kapitallaşmanın və mənfəətin məqbul keyfiyyəti şəraitində artması ilə şərtləndirib. Qeyd edək ki, cari ilin fevral ayının sonuna Bankın aktivləri 456,7 mln manat, kredit portfeli – 342,7 mln. AZN təşkil edib, mənfəət göstəricisi isə ilin ilk iki ayı ərzində 1,5 mln. AZN üstələyib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR