Vəziyyət ürəkaçan deyil, iki nazirlik birləşməlidir - Ekspert

Vəziyyət ürəkaçan deyil, iki nazirlik birləşməlidir - Ekspert

Nazirlik yay tətili müddətində bütün ölkə üzrə şagirdlərin və müəllimlərin internetə əlçatanlığı və kompüter təminatı ilə bağlı faydalı monitorinq və sorğular təşkil edib. Bunun nəticəsi olaraq nazirliyin əlində təhsil alanlarla bağlı internetə əlçatanlıq və texniki-texnoloji vəziyyət haqqında informasiya toplanıb.

Miq.Az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib.

O bildirib ki, informasiya əldə edilməsi haqqında qanuna görə, bu tip informasiyalar məcburən açıqlanmalıdır:

"Düşünürəm ki, real vəziyyəti əks etdirən bu informasiya distant təhsilin bütün ölkə boyu keyfiyyətli formada tətbiqindən şübhələnmək üçün ciddi əsaslar yaradır. Görünür ki, TN bu baxımdan onu açıqlamaq istəmir. Hazırda real vəziyyət elədir ki, hökumət bütün ölkə boyu distant təhsilin təşkilini TN-in üzərinə atıb. Digər ölkələrdə olduğu kimi, bu problemin həllində hələlik əlavə büdcə resursları, digər köməklər səfərbər olunmayıb.

Müşahidələr göstərir ki, distant təhsilin təşkilində ciddi problemlər var, təhsilin bu formada təşkilində ölkə üzrə təhsil xidmətlərinə əlçatanlıq yetərincə təmin olunmayıb. Yəni real vəziyyət elədir ki, əhalinin 50%-nin yaşadığı kəndlərdə xeyli sayda təhsil alanlar və təhsil verənlər təhsil prosesinin iştirakçısı olmaqdan məhrumdurlar. İnternetin qiymətləri də distant təhsilin keyfiyyətli formada təşkili üçün əlavə maneçiliklər yaradır. TN-nin isə distant formada təhsilin təşkilini keyfiyyətli olaraq reallaşdırmaq imkanları yoxdur. Bir daha bildirmək istərdim ki, mövcud vəziyyət ürəkaçan deyil. Düşünürəm ki, Nazirlər Kabineti təcili olaraq TN-ni , NRYTN-ni və digər əlaqəli və maraqlı tərəfləri bir araya gətirərək mövcud vəziyyətdən çıxış üçün tədbirlər görməlidir”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az