Xaçmazda silahlı insident - İki nəfər güllələndi

Xaçmazda silahlı insident - İki nəfər güllələndi
Xaçmazda iki nəfər güllələnib

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə. oktyabrın 3-də Xaçmaz rayonunun Qımılqışlaq kəndində kənd sakini 60 yaşlı Gülbala Məmmədseyidov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi 61 yaşlı Abdulağa Mehrəliyevə xəsarət yetirib, sonra "VAZ-21011” markalı avtomobili ilə özünə məxsus bağ sahəsinə gedib, orada avtomobili yandırıb və tüfəngdən açdığı atəşlə özünə də xəsarət yetirib.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağırdır.
Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən "İJ-16” markalı tüfəng götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az