Xankəndi ilə bağlı vacib açıqlama: "Hər şey həll olunub və..."

Xankəndi ilə bağlı vacib açıqlama:

Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Tural Gəncəliyev "Twitter" hesabında tezliklə ofisinin Xankəndidə fəaliyyət göstərəcəyi barədə məlumat paylaşıb. O qeyd edib ki, hazırda şəhərdə yeni ofis binası üçün mümkün yerlər nəzərdən keçirilir. T.Gəncəliyevin sözlərinə görə, deputat kimi Xankəndinin bütün sakinlərini təmsil edir.

Deputatın bu paylaşımı təkcə Azərbaycanda deyil, Ermənistanda da müzakirələrə səbəb olub. Bir çoxları hesab edir ki, Xankəndi şəhərinin idarəçiliyi Azərbaycana verilir. 

Millət vəkili Azər Badamov həmkarının paylaşımı haqda Redaktor.az-a bildirib ki, T.Gəncəliyevin yazdıqlarından sonra düşmən ölkədə təşviş yaranıb:

"Həmkarımın Xankəndində ofis açacağını və seçicilərini orada qəbul edəcəyi ilə bağlı yazdıqları erməni ictimaiyyətində, o cümlədən Xankəndində yaşayan ermənilər arasında təşviş yaradıb. Onlar bilirlər ki, Dağlıq Qarabağın taleyi artıq həll olunub. Dağlıq Qarabağın status məsələsi gündəmdən çıxıb. Bu gün hətta Dağlıq Qarabağ deyilən ayrı bir inzibati ərazi də mövcud deyil. Azərbaycanın Qarabağ torpağında erməni icmasının yaşadığı ərazisi var və o əraziyə oranın sakinləri olan Azərbaycan icması da qayıtmalıdır”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az