Xırdalanda 6 yaşlı qız döyülərək öldürüldü

Xırdalanda 6 yaşlı qız döyülərək öldürüldü

Azərbaycanda dəhşətli qətl törədilib.

Miq.az bildirir ki, Abşeron Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.
 
Şəhər sakini, 6 yaşlı Ramilə Abdulxalıqovanın üzərində xəsarətləri olan meyiti küçədə tapılıb. Uşağın anası Samirə Narıyeva polisə qızının avtomobil vurması nəticəsində öldüyünü bildirib. Araşdırmalar zamanı qızın avtomobillə vurularaq deyil, qətlə yetirildiyi müəyyən edilib.
 
Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən, əvvəllər məhkum olunmuş Elnur Hacıyev tutulub. E.Hacıyev azyaşlı qızı döyərək öldürdüyünü etiraf edib.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az