Yasamalda sevgilisindən ayrılan 15 yaşlı qızdan dəhşətli əməl: Özünə qıydı, meyitini rəfiqəsi...

Yasamalda sevgilisindən ayrılan 15 yaşlı qızdan dəhşətli əməl: Özünə qıydı, meyitini rəfiqəsi...

Yasamal rayonunda intihar hadisəsi baş verib.

Hadisə Abbas Mirzə Şərifzadə küçəsində yerləşən binada qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü, adı və soyadı hələlik açıqlanmayan qız rəfiqəsinin yaşadığı evə qonaq gəlib. O, sevgilisindən ayrıldığını bildirib və gecə saatlarında yatdığı otaqda özünü asaraq öldürüb.

Yeniyetmənin ölümü barədə atası Anar Abbasova məlumat verilib. Hadisənin baş verdiyi mənzilə Yasamal Rayon Prokurorluğunun və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən baxış keçirilib.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az