“Yaxın zamanda Azərbaycanla bir çox anlaşma imzalayacağıq” - Ərdoğan

“Yaxın zamanda Azərbaycanla bir çox anlaşma imzalayacağıq” - Ərdoğan

Türkiyədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin toplantısı keçirilib.

"TRT Haber”in verdiyi məlumata görə, toplantıda dövlət başçısının Azərbaycana rəsmi səfərinin yekunları da müzakirə olunub.

İclasdan sonra Türkiyə prezidenti mətbuata açıqlamalar verib. O, Şuşa bəyannaməsi ilə iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bildirib.

"Şuşa bəyannaməsi ilə münasibətlərimizdə yeni bir dövr başlatdıq. Azərbaycanla bir çox anlaşmanı yaxın zamanda imzalayacağıq, qardaşlığımızın hüquqi təməlini gücləndirəcəyik”, deyə Ərdoğan bəyan edib.

Qeyd edək ki, toplantıda alınan qərara əsasən, iyulun 1-dən etibarən Türkiyədə pandemiya səbəbindən tətbiq olunan komendant saatı ləğv olunacaq. Bununla yanaşı, bir sıra məhdudlaşdırıcı tədbirlər də yumşaldılacaq.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az