Yeni Baş Qərargah rəisi kimdir? – Kərim Vəliyevin ömür və döyüş yolu

Yeni Baş Qərargah rəisi kimdir? – Kərim Vəliyevin ömür və döyüş yolu

Miq.Az Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilən general-leytenant Kərim Vəliyevin ömür və döyüş yoluna dair məlumatları təqdim edir.

General-leytenant Vəliyev Kərim Tofiq oğlu 9 fevral 1961-ci ildə Bakı şəhərində anadan olub.

1982-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib.

1982-1990-cı illərdə SSRİ Silahlı Qüvvələri tərkibində kursant taqım komandiri, tədris şöbə rəisinin köməkçisi, tədris şöbə rəisinin baş köməkçisi vəzifələrində xidmət edib.

1990-1994-cü illərdə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb.

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tədris şöbə rəisinin müavini, briqada komandiri, cəbhə komandanının müavini, Müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, hərbi birlik komandiri, Hərbi Elmi Mərkəzin rəisi, Müdafiənin Planlaşdırılmasının Hərbi Strategiyası İdarəsinin rəisi vəzifələrində xidmət edib.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 01.01.1994-cü il tarixli sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni, 24.06.2005-ci il tarixli sərəncamı ilə "Vətən uğrunda" medalı, 25.06.2012-ci il tarixli sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, 09.12.2020-ci il tarixli sərəncamı ilə "Zəfər” ordeni, 24.12.2020-ci il tarixli sərəncamı ilə "Cəbrayılın azad olunmasına görə” medalı, 29.12.2020-ci il tarixli sərəncamı ilə "Ağdamın azad olunmasına görə” medalı və 29.12.2020-ci il tarixli sərəncamı ilə "Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

14.05.2014-cü il tarixdən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

20.02.2019-cu il tarixdən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Müdafiə nazirinin müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 23 iyul 2021-ci ildə imzaladığı sərəncamla general-leytenant Kərim Vəliyev Müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.

Kərim Vəliyev ailəlidir, iki övladı var.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az