Vətəninfo.az appleinsider.com-a istinadən xəbər verir ki, apple mütəxəssisləri pişikləri müşahidə edərkən ağıllarına gözəl bir fikir gəlib. Məlumdur ki, pişikləri hündürlükdən kürəyi üstə buraxsaq da, yerə mütləq ayaqları üstə düşər və beləliklə bədənləri xəsarət almaqdan qorunar. İndi də bu xüsusiyyəti iPhone üçün reallaşdırmaq qərarına gəliblər. Hətta bu texnologiyaya patent almaq üçün xüsusi qurumlara müraciət də olunub. Bu texnologiya sayəsində iPhone-lar əlimizdən və ya məsələn, masadan düşdükdə sərbəst düşmə avtomatik müəyyən olunaraq ağırlıq mərkəzinin yerini dəyişən mexanizm işə düşəcək və pişiklər kimi havada fırlanaraq zədələnməkdən maksimum qorunacaq, ekranı zədələnməkdən qorunacaq, ən dözümlü hissəsi üzərinə düşəcək. Bunun müəyyən olunması üçün telefonlardakı giroskop, akselerometr, GPS və hətta fotokameradan yararlanacaqlar. Gələcəkdə isə bu texnologiyadan smartfonlar, planşetlər, pleyerlər, fotoaparatlar və s. istifadə olunacaq.
Nərmin Kərimova
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR