Yunanıstanın baş naziri Aleksis Tsipras dövlət borcunun idarə olunması məsələsinin kreditorlarla danışıqlarda əsas problemlərdən biri olduğunu qeyd edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Aleksis Tsipras xalqa telemüraciətində bildirib. Onun sözlərinə görə, Beynəlxalq Valyuta Fondunun ötən gün dərc edilən hesabatında ölkənin dövlət borcunun 30 faizinin silinməsinin lazım olduğu təsdiqlənir və qalan borcun qaytarılması üçün Yunanıstana 20 illik güzəştli müddət verilməsi nəzərdə tutulur.
“BVF-in hesabatı borc məsələsinə toxunmayan müqavilənin şərtlərinin qəbul edilməməsinə dair bizim qərarın düzgünlüyünü təsdiqləyir. Memorandumun əsas təşəbbüskarı təsdiqləyir ki, kreditorların irəli sürdüyü təkliflər heç də böhrandan qurtulmağa gətirib çıxarmayacaq”, deyə Tsipras qeyd edib.
“Borcu “həyat qabiliyyətli” edəcək yeganə vasitə onun 30 faizinin silinməsi və qaytarılması üçün Yunanıstana 20 illik güzəştli müddət verilməsidir”, deyə baş nazir qeyd edib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL