Zaqatalada polis qəza törətdi - Bir nəfər öldü

Zaqatalada polis qəza törətdi - Bir nəfər öldü

Zaqatalada polis əməkdaşı qəza törədib, hadisə nəticəsində bir nəfər ölüb.

Miq.az APA-ya istinadən xəbər verir ki, Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə gecə saat 01 radələrində rayonun Mazıx-Qəbizdərə avtomobil yolunda qeydə alınıb.

Zaqatala şəhər sakini, 1989-cu il təvəllüdlü Sərt Tural Mustafa oğlu idarə etdiyi "VAZ 2108” markalı, 10 KX 405 dövlət nömrə nişanlı avtomobil aşaraq yoldan 6-7 metr aşağıdakı restoranın həyətinə düşüb.

Qəza nəticəsində avtomobildə olan sərnişin, Zaqatala şəhər sakini, 1970-ci il təvəllüdlü Musayev Nemət Hizbullah oğlu yerindəcə ölüb.

Sürücü Sərt Tural isə aldığı xəsarətlərlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Zaqatala RMX-dan bildirilib ki, yaralının vəziyyəti yüngül olduğundan ona tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Qeyd edək ki, qəza törədən Sərt Tural Zaqatala rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşıdır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az