Zaurla Tacir hönkür-hönkür ağladı

Zaurla Tacir hönkür-hönkür ağladı

Bir müddət əvvəl Novxanı çimərliyindəki istirahət mərkəzinin birində dostları ilə istirahət zamanı skuter sürərkən dənizdə batan, günlərcə axtarış aparılıb nəhayyət bir neçə gün sonra meyidi tapılan müğənni Tacir Şahmalıoğlunun qardaşı 37 yaşlı Mahir Allahverdiyevin dünən dünyasının dəyişməyindən 40 gün keçir. Baki Filmin istehsalı olan Zaur Nəbioğlunun aparıcılığı ilə yayımlanan A-dan Z-yə verilişinin bu günki qonağı məhz Tacir Şahmalıoğlu olacaq. O, bu məsələ ilə bağlı və bu günlər ərzində baş verəm bir çox məsələlər barədə ilk dəfə bu verilişdə danışacaq. Zaur Nəbioğlunun sözlərinə görə onların bu buraxılışı məhz mərhumun dünyasını dəyişməyinin 40 günü tamam olmasından bir gün sonra yayımlamaları əbəs yerə deyil. "Çoxu çox söz danışıb və kimlərisə qınayır. Ağır gündə yanındayam deyənlər çox olur amma çoxu sözünə əməl etmir. Biz bu buraxılışı son zamanlar dərdinin üstünə bir qınaqlar da salınan və bəzi hallarda vurulan Tacir bəy üçün ona görə etdik ki, yıxılana balta vurmaq yox bacardığın qədər çiynini ona dirəyib qaldırmaq gərəkdir.Əminəm ki, bunu bacaracağıq".

Söhbət əsnasında Zaur çəkiliş zamanı Tacir Şahmalıoğlunun anası,bacıları və qardaşının da olduğunu və o anda aparıcılıq etməyin çox ağır olduğunu da vurğuladı.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az