"Təəssüf ki, bəzi dövlətlər, o cümlədən bəzi təşkilatlar Azərbaycanda mövcud olan tolerantlığa, ictimai-siyasi sabitliyə qısqanclıqla yanaşırlar”.
Trend-in məlumatına görə, bunu bir neçə gün öncə Sabunçu rayonunda radikal dindarların ictimai sabitliyi pozmaq cəhdinə münasibət bildirərkən jurnalistlərə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.
Z.Əsgərov qeyd edib ki, Azərbaycan tolerant ölkədir, ölkəmizdə müxtəlif dini konfessiyalar fəaliyyət göstərirlər:
"Biz hər bir halda radikalizmin əleyhinəyik. Azərbaycanda oturuşmuş dini ənənələr var və Azərbaycan xalqı bu ənənələrə həmişə sadiqdir”.
Z.Əsgərov deyib ki, Azərbaycanda kim din pərdəsi altında radikal addımlar atacaqsa, təbii ki, cəzalanacaqlar:
"Azərbaycan dövləti heç bir halda imkan verə bilməz ki, Azərbaycanda mövcud olan bu sabitlik pozulsun. Təəssüf ki, bəziləri gedib xaricdə guya din təhsili alırlar, amma əslində din pərdəsi altında dindən başqa onlara hər şey öyrədirlər. Hesab edirəm ki, narahatçlılıq üçün heç bir əsas yoxdur. Belə halların qarşısı indiyə qədər alınıb və bundan sonra da alınacaq”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL