Respublika Yanıq Mərkəzin müdiri Şöhrət Məmmədov kredit borcuna görə özünü yandırdığı iddia edilən 34 yaşlı Malik Hüseynov barədə açıqlama verib.
VİZUAL.az xəbər verir ki, o, bildirib ki, xəstə həqiqətən də kredit borcuna görə bu yola əl atdığını təsdiq edib: "Özünün dediyinə görə benzini başından töküb od vurub. Başı, boyun hissəsi, hər iki yuxarı ətrafı, tənəffüs yollarının ağır yanığı diaqnozu ilə xəstəxanaya daxil olub. Bədəninin ümumi olaraq 40 faizi yanıb. Hazırda vəziyyəti ağırdır, reanimasiya şöbəsinə yerləşdirilib”.
Həkimin fikrincə, xəstənin tənəffüs yolları yandığından həyatı üçün təhlükə var:
"Ağır vəziyyətdədir, anlaqlıdır. Xəstə "banka borcum var idi. Əvvəl 6 min manat olub, sonra artaraq 15 min manat olub. Ödəyə bilmədiyimdən benzini başımdan töküb od vurdum”, - deyə həkim bildirib.
Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Səməd Vurğun küçəsində yaşayan Malik Hüseynov özünü bu gün metronun "Azadlıq" stansiyasının yaxınlığında yandıraraq intihara cəhd olub.
Onun "Muğanbank”a avtomobil krediti borcu olduğu bildirilir.|Modern.az
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat