İraq səfirindən Türkiyəyə təhdid: “Geri çəkilməsəniz...”

İraq səfirindən Türkiyəyə təhdid: “Geri çəkilməsəniz...”

Türkiyə suverenen haqlarımıza hörmət etməlidir. Əks halda, bizim münasibətimiz fərqli olacaq.
 
Axar.az xəbər verir ki, bunu İraqın Türkiyədəki səfiri Hişam Əli Əkbər deyib.
 
Səfir qeyd edib ki, türk ordusunun Başikada yerləşdirilməsi qeyri-qanunidir:
 
"Türkiyə PKK və İŞİD-i bəhanə edərək, bölgədə mövcudluğunu saxlamaq istəyir. Lakin bu, səbəb deyil. Rəsmi Ankara Mosul valiliyi və Kürdüstan muxtariyyəti ilə razılaşdığını desə də, sözügedən məqam bizim üçün keçərli deyil”.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az