ABŞ qırıcıları rus hərbçilərinin olduğu məntəqəni BOMBALADI+ FOTO
ABŞ-la Rusiya arasında yeni qalmaqal
ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyada hökümətyönümlü qüvvələrə yenidən zərbə endirib.
İstiPress "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə koalisiya nümayəndəsi Rayan Dillon məlumat verib.
Onun sözlərinə görə, koalisiya qüvvələri At Tanfa yaşayış məntəqəsinə zərbə endirib. Rəsmi tələfatın olub-olmamasının araşdırıldığını deyir. Dillon eyni zamanda Əsəd qüvvələrinə məxsus bir pilotsuz aparatın vurulduğunu da deyib.
ABŞ rəsmisi Suriya ordusundan At-Tanafı tərk etməyi tələb edir.
Rusiya Müdafiə Nazirliyi isə adıçəkilən rayonda Suriya yox, məhz rus hərbçilərinin olduğunu deyir.
Qeyd edək ki, koalisiya iyunun 6-da Suriyada hökümətyönümlü qüvvələrə zərbə endirmişdi. Aviazərbə nəticəsində iki suriyalı hərbçi həlak olub, daha 15 nəfər isə yaralanmışdı.
Bundan əvvəl hökumət qüvvələrinə analoji zərbə mayın 18-də endirilmişdi.
Miq.Az