Ali Baş Komandana yeni səlahiyyətlər verilir

Ali Baş Komandana yeni səlahiyyətlər verilir
Azərbaycan Ali Baş Komandanına (Azərbaycan Respublikasının Prezidenti) yeni səlahiyyətlər verilir.

Miq.az-ın modern.az-a istinadən məlumatına görə, bununla bağlı "Müdafiə haqqında” Qanunun 5-ci maddəsinin 6-cı bəndinə əlavələr edilir.
 
Layihəyə əsasən, Azərbaycan Ali Baş Komandanı (Azərbaycan Respublikasının Prezidenti) Silahlı Qüvvələrin hərbi məktəblərini, ali məktəblərin hərbi kafedralarını və elmi tədqiqat təşkilatlarını yaradıb və ləğv etmə səlahiyyəti ilə yanaşı, Silahlı Qüvvələrin elmi müəssisə və təşkilatlarını yaratma, yaxud ləğv etmə səlahiyyətinə də malik olacaq.
 
Qanuna dəyişiklik Milli Məclisin oktyabrın 31-də keçiriləcək iclasında müzakirə ediləcək.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az