Almaniya səhvini düzəltməsə... - Ərdoğan

Almaniya səhvini düzəltməsə... - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məşhur boksçu Məhəmməd Əlinin dəfn mərasimində iştirak etmək üçün ABŞ-a səfərə çıxmamışdan öncə mətbuat konfransı keçirib.
 
Miq.az Axar.az-a istinadən xəbər verir ki,  Ərdoğan ABŞ-da rəsmi danışıqların aparılması ilə bağlı suala münasibət bildirərkən deyib ki, "Oraya kimlərin gələcəyini bilmirəm, ancaq öncədən planlaşdırılmayan danışıqlar ola bilər", - deyib.
  
Almaniya Bundestaqının aldığı qərardan danışan Ərdoğan Merkelin orada iştirak etməməsinin bir əlamət olduğunu qeyd edib:
 
"Münasibətlərimiz baxımından Merkelin səsvermədə iştirak etməməsi düşündürücü məsələdir. Bundan sonrakı prosesdə bu səhv addımdan Almaniyanın qayıtması lazımdır. Əgər səhv düzəldilməyəcəksə, biz də lazım olan addımımızı fərqli atacağıq. Bundan sonrakı proses bu gün olduğu kimi olmayacaq".
 
Qeyd edək ki, Almaniya Bundestaqı iyunun 2-də 1915-ci il hadisələrini "erməni soyqırımı” kimi tanıyan qətnamə qəbul edib. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az