Vətəninfo.az xəbər verir ki,Yarımfinalda Ermənistan güləşçisi Miqran Arutyunyanla qarşılaşan dünya və Avropa çempionumuz Həsən Əliyev rəqibinə 5:8 hesabı ilə uduzması hələ də öz aktuallığın saxlamaqdadır. İstər sosial şəbəkələrdə, istərsə də bəzi KİV-lərdə idmançımız ciddi qınaqla qarşılandı. Hətta, bu məğlubiyyətə görə tənqidlər də tuş gəldi. Bununla bağlı münasibət bildirən AMİP Siyasi Şura üzvü Əli Orucov idmançımızın məğlub olmasını qınayanların yanaşmasını düzgün hesab etmədi: “İdmanda hər şeyə hazır olmaq lazımdır. Uduzmağı da göz altına alınmalıdır. İnsafən, Həsən Əliyev pis güləşmədi. Onun qalib gəlməyinə sevindiyimiz kimi bu uğursuzluğunu da anlayışla qarşılamalıyıq. Əksinə biz onun psixi və mənəvi sarsıntılar keçirməsinə imkan verməyərək, ona dəstək olmalıyıq. O, hələ gəncdir, daha böyük uğurlara imza atmaq imkanaları var.” Əli Orucov onu da vurğuladı ki, bir azərbaycanlı kimi idmançılarımızın məğlubiyyəti hamımızı məyus edir. Lakin nəzərə almaq lazımdır ki, 1-ci Avropa Oyunlarında güclü və perspektivli, təcrübəli idmanşılarla mübarizədə tərkibindən və keyfiyyətindən asılı olmayaraq qazanılan hər medal Azərbaycanın aktivinə yazılır. Bu gün Azərbaycanın idman aktivinə qızıl medal yazdıra bilməyən Həsən Əliyev kimi perspektivli idmançılarımız gələcəkdə yüskək əyarlı mükafatlar gətirəcəklərinə şübhə etmirəm “
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL