"Garant Holding” şirkətlər qrupunun rəhbəri, nəqliyyat naziri Ziya Məmmədovun oğlu, Amerika Azərbaycan Alyansının rəhbəri Anar Məmmədovun təsis etdiyi jurnal "National Geographic Azerbaijan” fəaliyyətini dayandırıb.
Aznews.az-ın əldə etdiyi məlumata görə, jurnalın işçilərinə artıq bu barədə məlumat verilib. Bildirilib ki, jurnal bundan sonra nəşr olunmayacaq. Həmçinin, işçilərə özlərinə yeni iş yeri tapmaları tövsiyə olunub. İşçilər artıq bu aydan etibarən ofisə getmirlər. Aldığımız məlumata görə, jurnalın bir neçə nömrəsi əvvəlcədən hazırlanıb və nömrələri nəşr olunub satışa buraxıldıqdan sonra redaksiyanın fəaliyyətinə son veriləcək.
Başqa bir məlumata görə, A.Məmmədovun azyaşlı oxucular üçün nəzərdə tutulan "National Geographic Azerbaijan Kids” jurnalı da artıq fəaliyyətini dayandırıb. Jurnalların bağlanmasına səbəb kimi isə maliyyə problemi göstərilir.
Məsələ ilə bağlı AzNews.az-ın əməkdaşı "Garant Media Holding”in İdarə Heyətinin sədri Elnur Baimovla əlaqə saxlayıb. Lakin o məsələlərlə bağlı hər-hansı şərh vermək istəmədiyini bildirib.
Məlumat üçün bildirək ki, jurnalın son buraxılışı noyabr ayında dərc olunub.
Xatırladaq ki, ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin məşhur "National Geographic”in Azərbaycan dilində nəşr olunması ilə bağlı ötən ilin mart ayında "Garant Media Holdinq” şirkəti ilə ABŞ-ın Milli Coğrafiya Cəmiyyəti (The National Geographic Society) müqavilə imzalanıb.

Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat