Qurumun Bakı ofisi Mingəçevirdə kiçik və orta sahibkarlar üçün Hüquq Mərkəzi açdı
Mingəçevir şəhərində ATƏT-in dəstəklədiyi kiçik və orta sahibkarlar üçün Hüquq Məsləhət Mərkəzinin açılış mərasimi keçirilib. Yeni açılan mərkəzin regionda iqtisadiyyatın davamlı inkişafı, həmçinin kiçik və orta sahibkarlıq üçün sağlam biznes mühitinin gücləndiriləcəyinə xidmət edəcəyi bildirilib.
ATƏT-in Bakı ofisinin mətbuat xidmətindən Veteninfo.az-a verilən xəbərə görə, Ofisin rəhbəri, səfir Koray Torqay iqtisadiyyatın tərəqqisində,regionlarda qeyri-neft sektorunun gəlirlərinin artırlımasında kiçik və orta sahibkarların rolunun vacibliyi önə çəkib.
Səfir Hüquq məsləhət mərkəzinin qadınların da iqtisadiyyata cəlb olunması işinə öz töhvəsini verəcəyini dilə gətirib.
Yeni fəaliyyətə başlayan mərkəzin Azərbaycanda ATƏT-in dəstəklədiyi ikinci mərkəz olduğu diqqətə çatdırılıb.
Açılış mərasimindən sonra “Kiçik və orta sahibkarların iqtisadi inkişafda rolu” mövzusunda dəyirmi masa keçirilib. Toplantı iştirakçıları həmçinin vergilər, qeydiyyat və lisenziyalaşdırma da daxil olmaqla sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsini müzakirə ediblər.
Rövşən Ziya
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR