Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru, professor Azad Məmmədovun Çin Xalq Respublikasının “Youth Daily” qəzetində müsahibəsi dərc edilib.
Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, A. Məmmədov müsahibəsində Azərbaycanın multikulturalizm siyasətindən, BBMM-in yaranması, fəaliyyəti və həyata keçirdiyi layihələri barədə geniş məlumat verib.
O qeyd edib ki, qədim zamanlardan Azərbaycanda müxtəlif etnik qruplar yaşayır, ölkəmizdə kilsələr, məscidlər, sinaqoqlar fəaliyyət göstərir. Azərbaycanın multikulturalizm modelinin bütün dünya üçün nümunə olduğunu bildirən icraçı katib, ölkəmizdə etnik müxtəlifliyin və multikulturalizmin qorunub inkişaf etdirilməsi üçün mühüm addımların atıldığını vurğulayıb.
A. Məmmədov Azərbaycanın bütün etnik qrupların dillərinin, mədəniyyətlərinin və adət ənənələrinin qorunması üçün bir çox tədbirlər gördüyünü və multikultural inkişafın qanunvericilikdə hüquqi təminat tapmasına şərait yaratdığını söyləyib.
Müsahibədə 14 may 2014-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə yaranan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ölkənin multikulturalizm siyasətinin gerçəkləşməsində vacib mexanizm olması, Mərkəzin bu istiqamətdə gerçəkləşdirdiyi layihələr barədə geniş söhbət açılıb. Qeyd olunub ki, Multikulturalizm Mərkəzinin xarici universitetlərdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində bu fənn 7 xarici ölkədə uğurla tədris edilib və BBMM Çin universitetləri ilə də bu sahədə əməkdaşlıq etməyə hazırdır.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir