"Henley&Partners” şirkəti müxtəlif ölkələrin vətəndaşları üçün hərəkət azadlığı dərəcəsini göstərən pasport reytinqini dərc edib.
"Report” xəbər verir ki, bu reytinqdə 72-ci yeri tutan Azərbaycan pasportu 66 ölkəyə vizasız səfər etmək hüququ verir. Bu şirkətin əvvəlki reytinqində Azərbaycan pasportu 74-cü yeri tutduğu halda, indi Azərbaycan pasportunun iki pillə irəliləyərək reytinqini yaxşılaşdırdığını qeyd etmək lazımdır.
2018-ci ildə reytinqin liderləri Sinqapur və Yaponiya olub. Bu ölkələrin vətəndaşları viza almadan 189 ölkəni ziyarət edə bilirlər. 188 ölkəyə vizasız girişə hüquq verən Almaniya pasportu reytinqdə ikincidir. Üçüncü pillədə isə eyni anda 7 ölkənin paspotu qərarlaşıb: Danimarka, İsveç, İtaliya, Cənubi Koreya, İspaniya, Fransa və Finlandiya pasportuna malik olan şəxslər vizasız dünyanın 187 ölkəsinə giriş edə bilərlər.
Daha əvvəl viza məhdudiyyətlər indeksi kimi tanınan pasport indeksi 2006-cı ildən etibarən İsveçrənin "Henley&Partners” şirkəti tərəfindən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə əməkdaşlıq çərçivəsində tərtib olunur.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR