Azərbaycan və Türkiyə 1 milyardlıq svop sazişi imzalayır?
Azərbaycan Mərkəzi Bankı (AMB) Türkiyə Mərkəzi Bankı (TMB) ilə svop razılaşmasına dair danışıqlar aparmır.
Miq.Az Report-a istinadən xəbər verir ki, bunu keçirdiyi mətbuat konfrasında AMB-nin sədri Elman Rüstəmov bildirib.
"Bu məlumatı biz də görmüşük. Biz TMB ilə milli valyutada hesablaşma mexanizminin yaradılması ilə bağlı danışıqlar aparırıq, burada bəzi texniki problemləri aradan qaldırmağa çalışırıq", - deyə baş bankir əlavə edib.
Xatırladaq ki, xarici mətbuatda iki qurumun 1 milyard avro dəyərində svop sazişi imzalamaq istəməsi ilə bağlı məlumat yayılmışdı.
Miq.Az