Azərbaycanın adı insan orqanları ticarətində

Azərbaycanın adı insan orqanları ticarətində

Türkiyədə Suriya qaçqınlarının orqanlarını satan ukraynalı saxlanılıb.

VİZUAL.az xəbər verir ki, bu barədə alman KİV-i xəbər tutub. Onların məlumatına əsasən, ukraynalı Boris Bolfman adlı bir şəxs türk tibbi klinikaları vasitəsilə qaçqınların orqanlarını xarici ölkələrə satıb.

Yaxın Şərqdən miqrantlar ən çox Türkiyə vasitəsilə Avropa ölkələrinə keçir. Elə ona görə də ukraynalı , məhz, burada orqan alveri etməyin asan olduğunu düşünüb.


Boris Volfqan - həbs olunan şəxs

"Boris Volfman İstanbulda, Atatürk hava limanında orqan alverində şübhəli bilinən biri kimi saxlanılıb. Ukraynada anadan olan İsrail vətəndaşı Türkiyəyə Suriyalı qaçqınların orqanlarını satmaq məqsədi ilə gəlib", - "Doqan" informasiya agentliyi yazır.

Afrika və Yaxın Şərqdə gedən müharibələrlə əlaqədar olaraq, donor orqanların qara bazarında canlanma müşayiət olunur. Pula ehtiyac duyan insanlarla razılığa gələn Volfman, onlardan orqanlarını ucuz qiymətə alıb, çox baha qiymətə satıb. Salon nəşriyyatının məlumatına görə, hər saziş üçün cinayətkar 70-100 min avroya qədər vəsait alıb. Orqanlar Kosovo, Azərbaycan və Şri-Lankaya satılıb.

Orqanların satıldığı ölkələr

Saxlanılan şəxs məhkəmə qarşısına çıxarılacaq İsrailə deportasiya olunacaq. Lakin məhkəmə qarşısına çıxana qədər o, 40 gün Türkiyədə həbsdə saxlanılacaq. Türkiyə tərəfi bu hadisəni şərh etməkdən imtina edib, lakin verilən məlumata görə, artıq araşdırmalara başlanıb.

Daha əvvəl də İŞİD terrorçuları belə cinayətkar əməlllərlə gündəmə gəlib. Məlum olub ki, onlar əsir saxladıqları insanların sağlam orqanlarını çıxararaq, xarici ölkələrə satıb. Ümumiyyətlə, terrorçular neftlə yanaşı, donor orqan satmaqla öz gəlirlərini artırırlar.|ANS



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az