Azərbaycanlını qətlə yetirən gürcü polis həbs edildi

Azərbaycanlını qətlə yetirən gürcü polis həbs edildi

Gürcüstanın Poti şəhərində ödəmə terminalını qərət edən Nazim Quzanovu qətlə yetirən polis əməkdaşı Çabuka Lemoncava həbs olunub.

APA-nın yerli bürosunun məlumatına görə, Zuqdidi rayon məhkəməsi Ç. Lemoncava barəsində 2 ay müddətinə həbs qərarı çıxarıb

Polis əməkdaşının vəkili onun 20 min lari məbləğində girov müqabilində azadlığa buraxılmasını tələb etsə də, vəsatət təmin olunmayıb. Prokurorluq iddia edir ki, Ç. Lemoncava Abxaziyadan olduğundan onun ölkədən qaçmaq ehtimalı var. Polis əməkdaşı ilə bağlı ehtiyatsızlıqdan qətl törətmək maddəsi üzrə istintaq aparılır. O isə öz növbəsində günahsız olduğunu və silahdan istifadə məcburiyyətində qaldığını bildirib.

Qeyd edək ki, iyulun 23-də Potidə baş vermiş insident zamanı N. Quzanov polis əməkdaşına təslim olmayaraq, ona küt alətlə fiziki müqavimət göstərib. Qarşıdurma nəticəsində polis əməkdaşı ona atəş açaraq baş nahiyəsindən ölümcül yaralayıb.

N. Quzanov Rustavi şəhərində yaşayıb və Potiyə istirahətə yollanıb. O, əvvəlki illərdə oğurluq, xuliqanlıq, polisə tabe olmamaq və marixuanadan istifadəyə görə dəfələrlə saxlanılıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az