24 karat çəkidə nazik qızıl təbəqə ilə örtülmüş və brilliantlarla bəzədilmiş MacBookPro noutbukunun qiyməti 30 min dollardır. Amerikanın ComputerChoppers şirkəti məhz kompyuter və sair müasir rabitə avadanlıqlarını cah-cəlal predmetinə çevirməklə məşğuldur.
Vesti.Az xəbər verir ki, şirkət müştərilərinə kompyuterləri sarı, çəhrayı və ağ qızıl, həmçinin qalay və qara, gümüşü xromla örtməyi, onların üzərində istənilən yazıları yazmağı, loqotiplər yerləşdirməyi təklif edir.
ComputerChoppers-in ofisi Birləşmiş Ştatlarda yerləşsə də, şirkətin təsisçisi və direktoru Aleks Uaylinin sözlərinə görə, sifarişlərin əksəriyyəti xaricdən gəlir:
“Məsələn, sonuncu belə sifariş 13 düym ekranlı, dəyəri 30 min dollar olan MacBookPro noutbuku, dəyəri 14,5 min dollar təşkil edən 24 düym ekranlı RoseGoldPlatediMacc noutbuku və dəyəri 20 min dollar təşkil edən platin MacBookPro noutbukları olub. Bu sifariş adının çəkilməsini istəməyən, Azərbaycandan olan sifarişçiyə göndərilib”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR