Bakı-Tbilisi qatarında yükə görə də PUL ALINACAQ - Maksimum çəki

Bakı-Tbilisi qatarında yükə görə də PUL ALINACAQ - Maksimum çəki
Bakı-Tbilisi-Bakı qatarı ilə komfort və komfort+ sinifləri üzrə çəkisi 23 kq-dan çox olmayan bir ədəd baqajı pulsuz aparmaq mümkün olacaq.

Miq.az xəbər verir ki, bu  "Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Lüks sinifdə isə 30 kq-dan çox olmayan bir ədəd baqaj üçün ödəniş tələb olunmayacaq.

"Bundan əlavə, kiçik əl yükü də ödəniş tələb olunmur. Pulsuz aparıla bilən əşyalara qatlanan uşaq arabası da daxildir. Komfort+ kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını həm də açıq vəziyyətdə daşıya bilərlər”, - qurumdan bildirilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az