Bakıda mənzilə basqın: Ölən və yaralananlar var – FOTO
"Sovetski”də 1 nəfəri öldürüb, iki nəfəri yaralayan şəxs saxlanıldı
Bakıda evə basqın edərək bir nəfəri qətlə yetirib, 2 nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs tutulub.
Miq.az APA-ya istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən biri, 1991-ci il təvəllüdlü Sənan Məmmədov saxlanılıb.
Hazırda hadisəni digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, məlum hadisə ötən gecə paytaxtın Yasamal rayonu, İbrahim Əbilov 60 ünvanında (keçmiş "Sovetski”) baş verib. Məlumata görə, 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızına məxsus evdə kirayə qalan 1989-cu il təvəllüdlü Əliyeva Mahirə Tofiq qızının keçmişdə münasibətdə olduğu Sənan adlı şəxs 3 nəfərlə birlikdə həmin evə gəlib. Sənan və Mahirə arasında şəxsi zəmində yaranmış münaqişəyə ev sahibəsi və onun oğlu, 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlu müdaxilə etmək istəyiblər.
Dostlarının köməyilə Sənan əvvəlcə ev sahiblərinə, daha sonra Mahirə Əliyevaya bıçaq xəsarətləri yetirib.
Yaralılar 1 saylı kliniki tibbi mərkəzə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, Mahirə Əliyeva xəstəxanada keçinib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
*****
İyunun 22-də gecə saatlarında Bakının Yasamal rayonu ərazisində bir nəfəri qətlə yetirib, iki nəfərə xəsarət yetirən şəxs saxlanılıb.
Miq.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə ilə bağlı hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiklləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Sənan Məmmədov saxlanılaraq istintaqa cəlb edilib.
Hazırda hadisədə iştirak edən digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
*****
Bakıda bir qrup şəxs mənzilə basqın edərək bir nəfəri qətlə yetirib, 2 nəfəri yaralayıb.
Miq.az apa.az-a istinadən xəbər verir ki, insident paytaxtın Yasamal rayonu, İbrahim Əbilov 60 ünvanında (keçmiş "Sovetski") baş verib. Məlumata görə, 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızına məxsus evdə kirayə qalan 1989-cu il təvəllüdlü Əliyeva Mahirə Tofiq qızının keçmişdə münasibətdə olduğu Sənan adlı şəxs 3 nəfərlə birlikdə həmin evə gəlib. Sənan və Mahirə arasında şəxsi zəmində yaranmış münaqişəyə ev sahibəsi və onun oğlu 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlu müdaxilə etmək istəyiblər.
Dostlarının köməyi ilə Sənan əvvəlcə ev sahiblərinə, daha sonra Mahirə Əliyevaya bıçaq xəsarətləri yetiriblər.
Yaralılar 1 saylı kliniki tibbi mərkəzə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, Mahirə Əliyeva xəstəxanada keçinib.
Faktla bağlı polis əməliyyat-axtarış tədbirləri həyata keçirir.
Miq.az