Bakıda Daxili İşlər Nazirliyinin bölmə rəislərindən biri öz otağında əməliyyat müvəkkilini döyüb.
Vizual.azxəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı 1989-cu il təvəllüdlü Səməd Düsturov rəisin onu döyməsi haqda raport yazıb.
O bildirib ki, bölmə rəisi onu öz xidməti otağında müavini ilə birlikdə döyüb. Hadisə noyabrın 26-da saat 00:30 radələrində 25-ci Polis Bölməsində baş verib. S.Düsturov xidmət etdiyi Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı 1968-ci il təvəllüdlü Rafael Albabayev və müavini olan polis mayoru 1967-ci il təvəllüdlü Şakir Rüstəmov tərəfindən döyülüb.
Hadisəni nəticəsində baş leytenant S.Düsturov xəsarət alıb.
O, 3 saylı Şəhər Klinik Xəstəxanasında tibbi yardım aldıqdan sonra buraxılıb.
Nizami RPİ-dən məlumat təsdiqlənib. Bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır. Hələ ki, cinayət işi açılmayıb.
Faktla bağlı araşdırma aparılır.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat