Bakının Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan taxta konstruksiyadan ibarət kafedə maye qaz balonunun sızması nəticəsində yanğınla nəticələnən partlayış hadisəsi baş verib.
VİZUAL.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın nəticəsində kafenin yanar konstruksiyaları və ona bitişik "Qeyri-standart avadanlıqları zavodu”nun istehsalat sexinin dam örtüyü 5 kv.m, tavan hissəsi 1 kv.m sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü Əsli Əhməd qızı Qasımovanın cəsədi yanğınsöndürənlər tərəfindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib. Bitişik sexin qalan hissəsi və digər obyektlər yanğından mühafizə olunub.
Yanğın saat 11:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL