Bu gün "Muğanbank”ın qarşısında borca görə özünü yandıran Malik Hüseynovun həyat yoldaşı Aytən Hüseynova hadisə barədə danışıb.
Vizual.az xəbər verir ki, A. Hüseynova "Qafqazinfo”ya açıqlamasında bildirib ki, həyat yoldaşı bank vasitəsilə "Hyundai” markalı maşın götürüb:
"Bu vaxta kimi banka 9000 manat ödəmişik. Faizlə birgə 12 min manat borcumuz qalmışdı. Noyabrın 21-də uşaq qabaqda əyləşdiyi üçün polis maşını saxlayıb və cərimə yazıb. Polis müəyyən edib ki, bank maşını axtarışa verib. İki aydır ki, borc ödənilməyib. Maşını cərimə meydançasına aparıblar. Polis banka xəbər verib, bank da maşını aparıb. Məhkəmə qərarı olmadan bank maşını müsadirə edib. Yoldaşım banka müraciət etsə də, maşını qaytarmayıblar. Buna görə də zəng edib dedi ki, bezmişəm və özümü yandıracağam. O, bu maşınla meyit daşıyıb bizə baxırdı, maşın olmasa biz acından ölərik, üç uşağımız var”.
Xanımının sözlərinə görə, maşın Muğanbankın filial müdiri Süleymanın (Soyadını dəqiqləşdirə bilmədik) adına keçirilib:
"Ərim özünü yandırandan sonra bankdan zəng vurub dedilər ki, gəlin maşını aparın".
Qeyd edək ki, hazırda Malik Hüseynovun vəziyyəti orta ağırdır.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat