İntihar edən tələbə qız - Heç kəsə qaynayıb-qarışmırdı

İntihar edən tələbə qız - Heç kəsə qaynayıb-qarışmırdı

Türkan Həsənzadə sakit bir tələbə idi. Heç kəsə qaynayıb-qarışmırdı.

Vizual.azxəbər verir ki, bu sözləri Axar.az-a Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova özünü yaşadığı binanın damından atan tələbə haqda danışarkən deyib.

Onun sözlərinə görə, Türkan əvvəllər yaxşı oxuyan, fəal tələbə olub:

"Əslində, təhsilini başa vurub. Sadəcə, sonuncu il akademik borcları yarandı və təzədən universitetə gedib-gəlirdi. Əvvəllər yaxşı oxuyardı, axırıncı il isə çox passivləşdi. Tələbə yoldaşlarına da bir o qədər qaynayıb-qarışmazdı. Ona görə niyə intihar etməsi haqda hələ məlumatımız yoxdur”.

Qeyd edək ki, APA paytaxtın Nizami rayonunda tələbə qızın intihar etdiyi xəbərini yayıb.

Rayon sakini, 1993-cü il təvəllüdlü Türkan Eldar qızı Həsənzadə özünü yaşadığı binanın damından atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə ölüb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az