“Bank of Azerbaijan” ləğv edilsin” - Müraciət

“Bank of Azerbaijan” ləğv edilsin” - Müraciət

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İradə Cavadova ASC-nin lisenziyasını ləğv etmək və iflas proseduruna başlanılmasına dair məhkəməyə ərizə vermək haqqında Mərkəzi Banka müraciət göndərib.

Qafqazinfo-ya daxil olan müraciətdə vəkil bildirir ki, "Bank of Azerbaijan”ASC-yə ərizə ilə müraciət edilərək hüquqlarını müdafiə etdiyi şəxslərin bankla aralarında olan müqavilələrin müddəti bitdiyi üçün müqavilə üzrə yaranmış əmanət məbləğini və ona hesablanmış faizləri geri qaytarmağı ( 87000 manat) xahiş etməsinə baxmayaraq 7 aydan coxdur ki , "Bank of Azerbaijan” ASC- müxtəlif bəhanələr gətirərək yaranmış əmanət məbləğini və ona hesablanmış faizləri geri qaytarmaqdan boyun qaçırır: "Belə ki, hər dəfə əmanətlərin qaytarılması üçün müraciət edildikdə bank rəhbərliyi maddi sıxıntılar içində olduqlarını,onlara vaxt verilməsini xahiş edərək pulu ödəməkdən imtina edir. "Bank of Azerbaijan” ASC -nin imtina etməsi istər müqavilə,istərsə də mövcud qanunvericiliyin tələblərini ciddi şəkildə pozmaqdadırlar. (Bankın ümumi olaraq əmanətçilərə olan borcu 10 mln manata yaxın olması bildirilir)

Hal-hazırda iddia edildiyi kimi "Bank of Azerbaijan” ASC sözügedən əmanətçilərin əmanət məbləğini və ona hesablanmış faizləri geri qaytara bilmirsə, mütləq şəkildə Mərkəzi Bank"Bank of Azerbaijan ”ASC-nin lisenziyasını ləğv etməli və iflas proseduruna başlanılmasına dair məhkəməyə ərizə vermək haqqında qərar qəbul etməlidir. Bununla əlaqədar Mərkəzi Banka bu gün müraciət göndərilib. (Mərkəzi Bank 5 gün ərzində müraciətə cavab verilməlidir).

Növbəti addım "Bank of Azerbaijan” ASC-yə verilmiş lisenziyanın ləğv edilməsi və müflis elan olunması üçün məhkəməyə müraciət etməyi planlaşdırır. Nəzərinizə çatdırıram ki, "Bank of Azerbaijan” ASC-nin əsas təsisçisi Hafiz Məmmədovdur”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az