Vergilər Nazirliyi bir müddət əvvəl adı və rəhbər heyəti dəyişdirilən “Bank Technique” ASC (Texnikabank) haqda səyyar yoxlama aktı tərtib edib. Nazirliyin bu qərarı isə bank rəhbərliyini qorxuya salıb.
Bu barədə mia.az-a daxil olan məlumata görə, aylardır bank bu akt və qərarın ləğv edilməsi üçün çalışır: «Ancaq hələ ki istəyinə nail ola bilməyib».
Məlumata görə, bankın yeni rəhbərliyi Vergilər Nazirliyinin, daha doğrusu, bu nazirliyin yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin qərarını ləğv etdirmək məqsədiylə məhkəməyə müraciət edib: «Artıq işə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə də baxılıb. Lakin sözügedən məhkəmənin verdiyi qərardad bank rəhbərliyini qane etməyib. Ona görə də birinci məhkəmə instansiyasının qərardadından apellyasiya şikayət verilib».
Şikayətin artıq Bakı Apelyasiya Məhkəməsində icraata qəbul edilərək, araşdırılıb: «Bakı Apellyasiya Məhkəməsində bu şikayətə hakim Elşanə Vəliyevanın sədrliyi ilə baxılıb. Hakim 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadını qüvvədə saxlayıb. Bu isə o deməkdir ki, “Bank Technique” ASC Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin akt və qərarını ləğv etdirmək üçün Ali Məhkəməyə müraciət etməlidir».
Məsələ ilə bağlı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.
Mia.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR