Bəşər Əsəd Suriya üçün önəmli tarix açıqladı

Bəşər Əsəd Suriya üçün önəmli tarix açıqladı

Bəşər Əsəd apreldə seçki olacağı haqda qərar verib.


Uzun illərdir savaş meydanına çevrilən Suriya seçkiyə hazırlaşır. Miq.az xəbər verir ki, ölkə prezidenti Bəşər Əsədin 13 apreldə parlament seçkisi keçirilməsi barədə qərarı yayımlanıb. Suriyanın rəsmi xəbər agentliyi SANA bu barədə məlumat yayıb. 

Seçki bütün əyalətləri əhatə edəcək. Açıqlama ABŞ və Rusiyanın Suriyada atəşkəs barədə razılığa gəlməsindən sonra yayılıb. 

Son dəfə Suriyada parlament seçkisi 2012-ci ildə keçirilmişdi. Bu tarixdə ilk dəfə iqtidarda olan  BƏƏS partiyasından savayı başqa partiyaların da seçkidə iştirakına icazə verilmişdi. Ancaq 4 illik müddətə seçilən millət vəkillərinin əksəriyyəti məhz BAAS-dan idi. 

Bir qədər əvvəl Suriyada atəşkəs barədə razılaşma əldə edildiyi haqda xəbərlər yayılıb. Bu barədə Qərb diplomatik mənbələrə istinadən "Reuters"agentliyi xəbər verib. Məlumata əsasən ABŞ və Rusiya Suriyada atəşkəsin fevralın 27-dən etibarən qüvvəyə minməsi barədə razılaşıb. 

Xatırladaq ki, Suriyada  vətəndaş müharibəsi 2011-ci ilin mart ayından başlayıb. Hökümət qüvvələri və müxalif qurublar arasında başlayan qarşıdurmalarda əsas tələb prezident Bəşər Əsədin istefası olub. Lakin sonradan vətəndaş müharibəsi silahlı terrorçu qruplarla mübarizəyə çevrilib. İllərdir davam edən qanalaı savaaşlar yüzminlərlə insanın həyatına son qoyub, minlərlə insan ölkəsini tərk edərək qaçmağa vadar olub. 

Miq.az






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az