BMT-nin haqları üzrə ali komissarlığı Ermənistan hakimiyyətini aksiya iştirakçılarının hüquqlarına zəmanət verməyə çağırıb.
Vətəninfo.az-ın məlumatına görə, Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, ali komissarlığın mətbuat katibi Ravina Şamdasani bu barədə jurnalistlərə bildirib.
O qeyd edib ki, Ermənistan polisinin mitinq iştirakçılarına və jurnalistlərə qarşı güc tətbiq etməsi faktından narahat olublar. Ravina Şamdasini Ermənistan hakimiyyətini baş verən hadisələri diqqətlə, operativ araşdırmağa çağırıb.
“Çünki ölkədə etirazlar hələ də davam edir. Nümayişlərin gedişatında polislərin hərəkətlərinin beynəlxalq normalara və standartlara uyğun olacağına dair Ermənistan hökuməti zəmanət verməlidir.
Həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən güc tətbiq edilməsi BMT-nin Vəzifəli Şəxslər haqqında Davranış Kodeksinə və Odlu Silahın tətbiqi üzrə prinsiplərinə uyğun olmalıdır. Biz bütün tərəfləri konstruktiv dialoqda iştirak etməyə və zorakılığı saxlamağa dəvət edirik”.
Bir neçə gün bundan qabaq Ermənistanın paytaxtı Yerevanda elektrik qiymətlərinin artmasına görə hökumət əleyhinə başlayan mitinqlər hələ də davam edir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL